Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 7 %-dən çox artıb
Gündəm

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 7 %-dən çox artıb

Email 30

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 178 milyon manat olub.

“Qasid Media” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,5% çoxdur.

7 ayda təkcə hüquqi şəxslər əhaliyə 6 milyard 891,1 milyon manatlıq xidmət göstərib. Bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 894 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 105 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər