Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan velosipedçisi Viktoriya Sidorenko Çində uğurlu nəticə göstərib
İdman

Azərbaycan velosipedçisi Viktoriya Sidorenko Çində uğurlu nəticə göstərib

Email 23

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində “Pardus MK Women”s Cycling Team” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

İkigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan idmançı növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

Qeyd edək ki, V.Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər