Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
İdman

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Email 20

Azərbaycanı oktyabrın 30-dan noyabrın 1-dək İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli olub.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Ölkə beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcək.

Komandanın heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Nizami İmranov İslam Rəhimov (hər ikisi 66 kq), Əbil Yusubov, Mehdi Cəfərov (hər ikisi 73 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər