Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 14 %-dən çox artırıb
İqtisadiyyat

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 14 %-dən çox artırıb

Email 48

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 111,177 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

“Qasid Media” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 12,029 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,2 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 2,1 % azalaraq 6,939 milyard ABŞ dollarına düşüb, iyulda isə 7,5 % artaraq 1,095 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox taxıl, paxlalılar, yağlı toxumları və onun məhsulları idxalını İraq (855,918 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 17,8 % az), ABŞ (538,466 milyon ABŞ dolları, 9,4 % çox) və Suriya (315,575 milyon ABŞ dolları, 12,2 % az) dəyərində həyata keçirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər