Shopping cart

  • Home
  • Dünya
  • Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxal xərcini 6 %-ə yaxın artırıb
Dünya

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxal xərcini 6 %-ə yaxın artırıb

Email 50

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 321,54 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Qasid Media” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 53,432 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,7 % çoxdur.

Yanvar-iyul aylarında Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,8 % artaraq 20,107 milyard ABŞ dollarına, iyulda isə 11,4 % azalaraq 3,035 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı İtaliya (1 milyard 169,455 milyon ABŞ dolları, 12,1 % çox), İspaniya (1 milyard 152,904 milyon ABŞ dolları, 47,9 % çox) və ABŞ (851 milyon ABŞ dolları, 11,6 % çox) dəyərində həyata keçirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər