Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Gündəm

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Email 40

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“Qasid Media”  Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur.

Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 21 % azdır.

Yanvar-avqust aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 11,3 % artaraq 12,654 milyard ABŞ dollarına, avqust ayında isə 15,9 % artaraq 1,725 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 243,127 milyonABŞ dolları (1 il əvvələ nisbətən 9,7 % çox), Almaniya 996,381 milyon ABŞ dolları (41,8%) və ABŞ 969,806 milyon ABŞ dolları (8,5% çox) dəyərində həyata keçirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər