Email 13
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb.
“Qasid Media” xəbər verir ki, o, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərində start götürən “WTT Youth Contender” turnirində mübarizə aparacaq.
Bu gün başlayan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.
Xatırladaq ki, Onur Quluzadə bir neçə gün öncə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüsdü.










