Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycan Niderland şirkəti ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib
Gündəm

Azərbaycan Niderland şirkəti ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib

Email 32

Azərbaycan Niderlandın “Wonderful” şirkəti ilə rəqəmsal transformasiyanın sürətləndirilməsini müzakirə edib.

“Qasid Media” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında bildirib.

Bununla bağlı müzakirələr azərbaycanlı nazirlə “Wonderful”un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşdə aparılıb.

“Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanlarını müzakirə etdik”, – R.Nəbiyev vurğulayıb.

“Wonderful” süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkətidir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər