Email 7
Azərbaycan millisi Tacikistana yoldaşlıq matçında qalib gəlib.
“Qasid Media”nın məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən oyun Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.










