Shopping cart

  • Home
  • Nəqliyyat
  • “Azərbaycan Dəmir Yolları” sərnişin daşımasını 17 % artırıb
Nəqliyyat

“Azərbaycan Dəmir Yolları” sərnişin daşımasını 17 % artırıb

Email 8

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 6,4 milyondan çox sərnişin daşıyıb.

“Qasid Media” bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (+16 %), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (+18 %) səfər edib.

Bu ilin iyul ayında isə ümumilikdə 951 mindən çox sərnişin daşınıb ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 15 % artım qeydə alınıb.

Ötən ay Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12 % artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5 % artaraq 57 840 nəfərə çatıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər