Shopping cart

  • Home
  • İdman
  • Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
İdman

Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub

Email 29

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

“Qasid Media” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

O, həlledici görüşdə Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçu 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Qeyd edək ki, Neapolda keçirilən fərdi yarışlara 36 ölkədən 275 cüdoçu qatılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər