Email 14
Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq.
“Qasid Media”nın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
“Gəncə” – “Sumqayıt” matçı saat 14:00-da, “Naxçıvan” – “LANDAU Lions” görüşü saat 15:00-da start götürəcək.
Oyunlar müvafiq olaraq Gəncə İdman Sarayında və Milli Gimnastika Arenasında baş tutacaq.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında “Sabah” “Ordu”nu (93:81), “Neftçi” NTD-ni (82:63) məğlub edib.










