Shopping cart

  • Home
  • Gündəm
  • AYNA: Daha bir neçə marşrut üzrə müsabiqələrin qalibləri müəyyənləşib
Gündəm

AYNA: Daha bir neçə marşrut üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Email 12

Azərbaycanda daha bir neçə şəhərlərarası, şəhərətrafı və şəhərdaxili marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

“Qasid Media”  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, paytaxtın 75 nömrəli şəhərdaxili, 156 və 156A nömrəli şəhərətrafı, eləcə də Gəncə-Gədəbəy və Gədəbəy-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Metronun “Memar Əcəmi” stansiyasını Abşeron rayonunun Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 nömrəli və qəsəbənin 20 Yanvar küçəsi ilə əlaqələndirən 156A nömrəli şəhərətrafı, eləcə də paytaxtın Yeni Yasamal yaşayış massivini (Məhəmməd Xiyabani küçəsi) “Yasamal” yaşayış kompleksi (Kamil Rəhimli küçəsi) ilə birləşdirən 75 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə hüquqi şəxs “Kral Transport” MMC, Gəncə-Gədəbəy və Gədəbəy-Gəncə marşrutları üzrə isə fiziki şəxs Rüstəmli Şahin Rüstəm oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər