Shopping cart

  • Home
  • Nəqliyyat
  • AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka”da dayanmayacaq
Nəqliyyat

AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka”da dayanmayacaq

Email 20

Azərbaycanda bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır.

“Qasid Media” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Belə ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər.

“Şamaxinka” adlanan ərazidə isə dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək. Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.

“Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat çatdırılmasına xidmət edir. Həmin ərazidə artan sərnişin tələbatının qarşılanması üçün optimallaşdırma işləri və əlavə avtobusların cəlbi də daxil olmaqla kompleks tədbirlər davam etdirilir”, – məlumatda qeyd olunub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər