Email 24
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.
“Qasid Media”nın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 3:1 (15:25, 25:16, 25:22, 25:19).
Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.
Xatırladaq ki, daha əvvəl Portuqaliya, İspaniya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.










