Shopping cart

  • Home
  • İqtisadiyyat
  • ASCO-nun quru yük gəmiləri ilə daşımalar 39 %-ə yaxın artıb
İqtisadiyyat

ASCO-nun quru yük gəmiləri ilə daşımalar 39 %-ə yaxın artıb

Email 66

Bu ilin yanvar–iyul aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ayında quru yük gəmiləri ilə 1 milyon 83 min 130 ton yük daşınıb.

“Qasid Media” ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8 % çoxdur.

Belə ki, 2025-ci ilin ilk ayında quru yük gəmiləri ilə 780 min 366 ton yük daşınıb.

Təkcə cari ilin iyul ayında quru yük gəmiləri ilə 188 min 825 ton yük daşınıb. Ötən ilin iyul ayında isə bu göstərici 114 min 184 ton olub.

Nəticədə, bu ilin iyulunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 74 min 641 ton və ya 65,4 % çox olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər