Shopping cart

  • Home
  • Dünya
  • Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib
Dünya

Almaniyanın daxili işlər naziri hibrid hücum barədə açıqlama verib

Email 12

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Leypsiq/Halle hava limanında baş verən pilotsuz uçuş aparatı (PUA) insidentini “hibrid hücum ssenarisi” adlandırıb.

“Qasid Media” xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri bu barədə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, ötən gecə hava limanı ərazisində partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Nazir hesab edir ki, bu, “təhdidin prinsipcə yeni səviyyəyə çatdığını” göstərir. PUA aşkar edildikdən sonra polis bölmələri və federal polisin partlayıcı maddələr üzrə mütəxəssisləri hazırlıq vəziyyətinə gətirilib və onlar partlayıcı qurğunu zərərsizləşdiriblər.

“Almaniya təhlükəsizlik tədbirlərini, o cümlədən pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinin inkişafını gücləndirməkdə davam edəcək. Bu cür hibrid hücumların təkrarlanması mümkündür”.

Nazir həmçinin qeyd edib ki, hücum edən şəxslərin fəaliyyəti onların yüksək hazırlıq səviyyəsinə malik olduğunu göstərir. Hadisənin detalları, pilotsuz aparatın mənşəyi və mümkün təşkilatçıları aparılan istintaq çərçivəsində araşdırılır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər