Almaniyanın “Bavariya” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olmuş Niklas Süle ölkəsinin VIII divizionunda çıxış edən “Tifenbax” komandasında debüt edib.
“Qasid Media” xarici mediaya istinadən xəbər verir ki, Almaniya millisinin 30 yaşlı sabiq futbolçusu yeni komandasında 90 dəqiqə meydanda olub və başla fərqlənməyi bacarıb.
Buna baxmayaraq, “Tifenbax” 2:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, karyerasını cari ilin mayında başa vuran N.Süle həmin görüşdə yarımmüdafiəçi və hücumçu kimi oynayıb. “Bavariya” ilə 5 dəfə Almaniya çempionluğu yaşayan sabiq müdafiəçi son olaraq “Borussiya” (Dortmund) klubunun şərəfini qoruyub. O, Almaniya millisinin heyətində 49 matç keçirib.










