Shopping cart

  • Home
  • Hadisə
  • Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək
Hadisə

Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək

Email 35

Almaniya beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edəcək.

“Qasid Media” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Almaniyanın Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyevin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onlara məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməsi və bu yolla xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Almaniyada yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Elmir Nuriyevin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər