Shopping cart

  • Home
  • Uncategorized
  • Ali Tsokayev Macarıstanda reytinq turnirində qızıl, Cəbrayıl Hacıyev gümüş medal qazanıb
Uncategorized

Ali Tsokayev Macarıstanda reytinq turnirində qızıl, Cəbrayıl Hacıyev gümüş medal qazanıb

Email 25

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Ali Tsokayev (92 kq amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0) və türkiyəli Fatih Altunbaşa (11:0) qalib gələrək finala vəsiqə qazanıb. Ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və A.Tsokayev karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.

Beləliklə, təmsilçimiz bu il qatıldığı 3-cü yarışda da bütün rəqiblərini üstələyib. Xatırladaq ki, A. Tsokayev bu il həm U-23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.

Cəbrayıl Hacıyev (79 kq) qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala yüksəlib. C.Hacıyev həlledici görüşdə monqolustanllı Suldxuu Olonbayara (0:5) məğlub olub və reytinq turnirində gümüş medal qazanıb.

Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

Giorgi Meşvildişvili (125 kq) polşalı Robert Baranla (3:1) amerikalı Demetrius Toması (6:2) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 hesabıyla məğlub olub. Təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələn həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonsalesə uduzub – 0:5.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər