Shopping cart

  • Home
  • Dünya
  • Albaniya Rusiyanın Ukraynada Latviyanın fəxri konsulluğunu hədəf almasını qınayıb
Dünya

Albaniya Rusiyanın Ukraynada Latviyanın fəxri konsulluğunu hədəf almasını qınayıb

Email 23

Albaniya Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə Latviyanın fəxri konsulluğunun binasına ziyan dəyməsilə nəticələnən Rusiya hücumunu qınayıb.

“Qasid Media”ın Balkan bürosu xəbər verir ki, bu barədə Albaniyanın xarici işlər naziri Ferit Hoxha “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Biz Slovyanskda Latviyanın fəxri konsulluğuna zərbə endirən Rusiya hücumunu qətiyyətlə qınayırıq. Albaniya Latviya və Ukrayna ilə tam həmrəydir”, – nazir bildirib.

O, Albaniyanın diplomatik nümayəndəliklərinin də oxşar hücumlarda hədəfə alındığını xatırladıb:

“Biz öz təcrübəmizdən bilirik ki, bu cür hücumlar sadəcə binalara edilən hücumlar deyil. Onlar beynəlxalq hüquqa, qaydalara əsaslanan beynəlxalq nizama və demokratik dünyanı birləşdirən prinsiplərə qarşı hücumlardır. Lakin onlar nə Ukraynanın cəsarətini, nə də beynəlxalq ictimaiyyətin Ukraynanın yanında olmaq həmrəyliyini və qətiyyətini məhv edə biləcək”.

Qeyd edək ki, Slavyanska hücum nəticəsində 5 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb. İnsidentlə bağlı Latviya Rusiyaya nota verib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər