Email 11
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
“Qasid Media”nın məlumatına görə, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb.
Belə ki, “Ford” tranzit markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində dörd nəfər – Alı Alıyev, Bəsdi Alıyeva və Ağgöl kənd sakinləri olan daha iki nəfər xəsarət alıblar.
Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.










