Email 14
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Papravənd kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
“Qasid Media” xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazinin minalanmış olması, habelə küləkli hava yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.









