Shopping cart

  • Home
  • Gündəm
  • ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış edib
Gündəm

ADY yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə çağırış edib

Email 29

Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

“Qasid Media” bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.

“Bu cür havada görmə məsafəsinin məhdudlaşa və yer səthinin sürüşkən ola biləcəyini nəzərə alaraq, sərnişinlərimizi platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq”, – məlumatda vurğulanıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər