ABŞ administrasiyası kömür və qaz elektrik stansiyalarından istixana qazı tullantılarını məhdudlaşdıran qaydaları ləğv edib.
“Qasid Media”nın məlumatına görə, bu barədə “The Hill” xəbər verib.
ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) qərarı keçmiş prezident Co Bayden dövründə qəbul olunmuş qaydanı ləğv edib. Qərar mövcud kömür və yeni İES-lərdən karbon dioksid emissiyalarının 90 %-ə qədərini tutmağı tələb edib.
Agentlik hesab edir ki, bu addım elektrik enerjisinin qiymətini aşağı salacaq. EPA-nın mətbuat xidməti əlavə edib ki, qənaət 310 milyard dollar olacaq.
Enerji sektoru ABŞ-nin bütün emissiyalarının dörddə birini təşkil edir. Nyu-York Universitetinin mütəxəssislərinin fikrincə, qərar atmosferin çirklənməsinin ciddi artımına səbəb olacaq, həddindən artıq istilik və meşə yanğınları səbəbindən minlərlə erkən ölümü təhdid edəcək.










