Shopping cart

  • Home
  • ABŞ
  • ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib
ABŞ

ABŞ Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib

Email 43

ABŞ hərbçiləri Karib dənizində narkotacirlər tərəfindən istifadə edilən gəmiyə zərbə endiriblər.

“Qasid Media” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.

Hücum nəticəsində üç nəfər həlak olub. Komandanlığın məlumatında qeyd edilib ki, sürətli gəmi Karib dənizindəki məlum narkotik qaçaqmalçılığı marşrutları zonasında hərəkət edib.

“Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik ticarətində fəal iştirak etdiyini göstərirdi”, – komandanlıq bildirib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər