Shopping cart

  • Home
  • Dünya
  • ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib
Dünya

ABŞ-də dörd şirkət süni intellektin inkişafını ləngitməkdə ittiham edilib

Email 26

Bir qrup iddiaçı Kaliforniyanın Şimal Dairə Məhkəməsində Amerikanın “Anthropic”, “Google”, “OpenAI” və “SpaceXAI” şirkətlərinə qarşı iddia qaldıraraq onları süni intellektin inkişafını ləngitmək məqsədilə sövdələşmədə ittiham edib.

“Qasid Media” məhkəmə sənədlərinə istinadən xəbər verir ki, iddia istehlakçılara təklif olunan rəqib məhsulların təkmilləşdirilməsi templərinin azaldılması barədə dörd aparıcı süni intellekt şirkəti arasında guya mövcud olan razılaşmanı mübahisələndirir.

İddiaçılar diqqəti ona yönəldiblər ki, “Anthropic”in rəhbəri Dario Amodei tərəfindən qabaqcıl süni intellekt modellərinin inkişafını ləngitməyin zəruriliyi haqqında məqalə dərc edildikdən qısa müddət sonra rəqibləri – “SpaceXAI”nin banisi İlon Mask, “OpenAI”nin baş direktoru Sem Altman və “Google DeepMind”in həmtəsisçisi Demis Hassabis onunla razılaşıblar.

İddiaçılar hesab edirlər ki, razılaşma modellərin inkişafı, məhsulun keyfiyyəti, innovasiyalar, investisiyalar, istehsal və yeni imkanların yaranma müddəti məsələlərində rəqabəti məhdudlaşdırır. Onların maraqlarını “Trial Lawyers for Justice” hüquq firması qoruyur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər