Shopping cart

  • Home
  • Dünya
  • ABŞ-də “dəhşət evi” üzə çıxdı: 21 uşağa qarşı zorakılıq ittihamı
Dünya

ABŞ-də “dəhşət evi” üzə çıxdı: 21 uşağa qarşı zorakılıq ittihamı

Email 7

ABŞ-nin Los-Anceles dairəsində surroqat analardan dünyaya gələn uşaqlara qarşı amansız rəftar etməkdə şübhəli bilinən cütlük saxlanılıb.

“Qasid Media” xəbər verir ki, bu barədə “Associated Press” dairə prokurorluğuna istinadən məlumat yayıb.

66 yaşlı Quotszyun Syuan və onun 39 yaşlı həyat yoldaşı Silviya Çjan uşaqlarla amansız rəftarın bir neçə epizodunda, zorakılıq törətmək məqsədilə əlbir olmaqda, cinayət əməllərini gizlətməkdə və şahidlərə təzyiq göstərməkdə ittiham olunurlar. Dairə prokuroru Neytan Xoxman işi presedentsiz adlandırıb.

İstintaqın versiyasına görə, cütlük Arkadiya şəhərindəki evlərində surroqat analıq agentliyi yaradıb. Onlar bu agentlik vasitəsilə ölkənin müxtəlif bölgələrindən surroqat analar cəlb edib və ailələrini genişləndirmək üçün daha bir uşaq istədiklərini bildiriblər.

“Bu, azyaşlı uşaqlar üçün dəhşət evi olub”, – Xoxman mətbuat konfransında deyib.

İstintaq 2 aylıqdan 13 yaşadək 21 uşağı əhatə edib. Onlardan 15-i ötən il cütlüyün malikanəsindən götürülüb, daha altısı isə başqa yerlərdə aşkarlanıb. Uşaqların əksəriyyətinin yaşı 1-3 arasındadır. Polis hesab edir ki, Çjan uşaqlardan birini və ya ikisini özü dünyaya gətirib, digərləri isə surroqat analardan doğulub.

İstintaq 2025-ci ilin mayında iki aylıq körpənin kəllə-beyin travması ilə xəstəxanaya gətirilməsindən sonra başlayıb. Arkadiya polisi travmanın dayə tərəfindən yetirildiyini müəyyən edib.

Daha sonra məlum olub ki, evdə uşaqların dayələrin nəzarəti altında gündə bir neçə saat parta arxasında keçirdiyi üç “tədris mərkəzi” yaradılıb. Hərəkət sensorları ilə təchiz edilmiş kameralar baş verənləri qeydə alıb, ev sahibləri isə görüntüləri böyük ekrandan izləyiblər.

Prokurorun sözlərinə görə, görüntülərdə dayələrin uşaqları hər gün döydüyü əks olunub. Videolardan birində Syuanın otağa daxil olaraq dayəyə uşağı daha güclü döyməyi əmr etdiyi, digərində isə özünün də uşağın döyülməsinə qoşulduğu görünür. Dayələrə uşaqların bədənində “fiziki iz buraxmamaq” tapşırılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin hər biri üçün 20 milyon dollar girov müəyyən edib. Onlara ev dustaqlığında qalmaq və uşaqlara yaxınlaşmamaq şərti qoyulub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər