Shopping cart

  • Home
  • Dünya
  • ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb – Yenilənib
Dünya

ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb – Yenilənib

Email 21

ABŞ-də Florida ştatının Qrinakres şəhərində “Learjet” biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

“Qasid Media” xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nəqliyyat Nazirliyi ilə birgə aviaqəzanın səbəblərini araşdırır.

Bununla yanaşı, hadisə zamanı yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər