Email 56
ABŞ-nin Kanzas ştatının Viçita şəhərində futbol matçı zamanı avtomobil izdihama çırpılıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.
“Qasid Media” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, hadisə “Striker” stadionunda baş verib və yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Onlara həyati təhlükə yaratmayan yüngül xəsarətlər diaqnozu qoyulub. Hadisənin başvermə şəraiti hələlik açıqlanmayıb.










