Shopping cart

  • Home
  • İdman
  • Kikboksçu Baba Abbaszadə 2 il müddətinə diskvalifikasiya olunub
İdman

Kikboksçu Baba Abbaszadə 2 il müddətinə diskvalifikasiya olunub

Email 21

Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.

“Qasid Media” Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.

Ondan götürülmüş sınaq nüsxəsində “S5 Diuretiklər və ya Gizlədici Agentlər” sinfinə aid olan furosemid maddəsi və ya onun metabolitləri aşkarlanıb. Bununla da idmançının qadağan edilmiş maddə və ya üsuldan istifadə etdiyi müəyyən olunub.

Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il iyulun 6-dan 2028-ci il iyulun 6-dək nəzərdə tutulub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər