Shopping cart

  • Home
  • Hadisə
  • Ödənişli yolda “BMW X6” qəzaya düşdü: Ölən və yaralananların ADLARI
Hadisə

Ödənişli yolda “BMW X6” qəzaya düşdü: Ölən və yaralananların ADLARI

Email 27

Bakı-Quba yolunda baş verən ağır qəzada ölən və yaralıların adları məlum olub.

“Qasid Media” xəbər verir ki, hadisə avqustun 31-də gecə saat 1 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 163-cü kilometrliyində – Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Seymur Fərhad oğlu Bakıxanov “BMW X6″markalı 10-ZY-909 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər – 2002-ci il təvəllüdlü Elton Elşən oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Rauf Teyyub oğlu Bəxtiyarov və 2006-cı il təvəllüdlü Zakir Rasim oğlu Məmmədov xəstəxanaya yerləşdirliblər. E.Əsgərov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hazırda digər xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər