Shopping cart

  • Home
  • Hadisə
  • Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb
Hadisə

Ekvadorun Kəşfiyyat Mərkəzinin rəhbəri Keniyada helikopter qəzasında ölüb

Email 31

Ekvadorun Strateji Kəşfiyyat Mərkəzinin baş direktoru Mikel Sensi-Kontuqi Keniyada helikopter qəzasında həlak olub.

“Qasid Media”nln “Ecuavisa” telekanalına istinadən məlumatına görə, bu barədə Ekvador hökumətindəki mənbələr bildirib.

Ekvadorun Prezident Administrasiyası sosial mediada Sensi-Kontuqi və həyat yoldaşı, dizayner, sahibkar Stefani Hollihanın ölümünü təsdiqləyib, lakin onların ölüm səbəblərini açıqlamayıb.

“Ecuavisa”nın məlumatına görə, Sensi-Kontuqi Ekvador Prezidenti Daniel Noboanın yaxın dostu olub. O, 2024-cü ildə ölkənin Strateji Kəşfiyyat Mərkəzinin rəhbəri olub.

Qeyd edək ki, helikopter səhər Ololokve dağı yaxınlığında qəzaya uğrayıb. Keniya hakimiyyəti bildirib ki, təyyarədə yeddi nəfər – pilot və altı xarici turist olub. Onların hamısı həlak olub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər