Shopping cart

  • Home
  • Gündəm
  • Fransa məhkəməsi Qənimət Zahidlə bağlı qərar verdi
Gündəm

Fransa məhkəməsi Qənimət Zahidlə bağlı qərar verdi

Email 15

Mühacirətdə yaşayan jurnalist Qənimət Zahidlə sabiq deputat Çingiz Qənizadə arasında Fransada baxılan məhkəmə işi yekunlaşıb. Məhkəmə qərarına əsasən, jurnalist qarşı tərəfə mənəvi təzminat ödəyib.

Qasid Media Dəqiq Expert-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb Qənimət Zahidin 2019-cu ildə “YouTube” platformasında yayımladığı videolarda Çingiz Qənizadə barədə səsləndirdiyi iddialar olub. Keçmiş deputat həmin çıxışlarda Rusiyada qətlə yetirilən azərbaycanlı iş adamı Ruslan Hüseynovun ölümündə təşkilatçı və ya iştirakçı kimi təqdim edildiyini, bu ittihamların həqiqətə uyğun olmadığını bildirərək Fransa məhkəməsinə müraciət edib.

İşə baxan Paris Cinayət Məhkəməsi Qənimət Zahidi böhtan xarakterli məlumat yaymaqda təqsirli bilib. Məhkəmənin qərarına əsasən, jurnalist 500 avro məbləğində cərimə olunub, həmçinin Çingiz Qənizadəyə 300 avro mənəvi təzminat ödəməsi qərara alınıb.

Çingiz Qənizadənin sözlərinə görə, məhkəmə qərarı artıq icra olunub və Qənimət Zahid müəyyən edilmiş məbləği ödəyib.

Keçmiş deputat bildirib ki, hüquqi proses 2019-cu ildə başlayıb və 2025-ci il oktyabrın 21-də yekunlaşıb. Onun sözlərinə görə, prosesin uzun çəkməsi əsasən pandemiya dövründə yaranan gecikmələrlə bağlı olub.

Qənizadə əlavə edib ki, jurnalist uzun müddət ödənişi həyata keçirməsə də, Fransadakı vəkillərin fəaliyyəti və məhkəmə qərarının icrası nəticəsində bir neçə gün əvvəl həm cərimə, həm də mənəvi təzminat tam şəkildə ödənilib.

Onun fikrincə, bu qərar xaricdə yaşayan şəxslərlə bağlı Fransa məhkəmələrində qəbul edilən mühüm hüquqi qərarlardan biri hesab oluna bilər.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər