Shopping cart

  • Home
  • Hadisə
  • Ağcabədidəki avtomobil qəzasında xəsarət alan şəxsin vəziyyəti ağırdır
Hadisə

Ağcabədidəki avtomobil qəzasında xəsarət alan şəxsin vəziyyəti ağırdır

Email 21

Ağcabədi rayonunda baş verən avtomobil qəzası nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti ağırdır.

“Qasid Media” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1991-ci il təvəllüdlü kişi avqustun 4-də saat 01:35 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onda döş qəfəsinin qapalı travması və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmalar diaqnozu təyin olunub.

Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər