Shopping cart

  • Home
  • Hadisə
  • Vaşinqtonda meşə yanğınına görə ən yüksək təxliyə səviyyəsi elan edilib
Hadisə

Vaşinqtonda meşə yanğınına görə ən yüksək təxliyə səviyyəsi elan edilib

Email 17

ABŞ-nin Vaşinqton ştatının hakimiyyət orqanları böyük meşə yanğını səbəbindən Spokan dairəsinin bir neçə rayonunun sakinləri üçün üçüncü, ən yüksək təxliyə səviyyəsini elan edib.

“Qasid Media” xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat yayıb.

Məlumata görə, Old Trails Fire yanğını artıq təxminən 2,3 min akr (930 hektar) ərazini əhatə edib və sürətlə yayılmaqda davam edir. Yerli hakimiyyət orqanları həyati təhlükə ilə əlaqədar olaraq təsirə məruz qalmış rayonların sakinlərini dərhal evlərini tərk etməyə çağırıb.

Ştatda ümumi sahəsi demək olar ki, 81 min hektar olan 12 böyük meşə yanğını qeydə alınıb. Təbii fəlakətlə mübarizə üçün əlavə olaraq Milli Qvardiyanın 110 hərbi qulluqçusu cəlb edilib.

Məlumata görə, ştatda 52 mindən çox istehlakçı elektrik təchizatsız qalır.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər