Shopping cart

  • Home
  • ABŞ
  • Tramp: Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var
ABŞ

Tramp: Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var

Email 6

ABŞ gələcəkdə İrana qarşı hərbi əməliyyatla bağlı xərclərini dəfələrlə artıq həcmdə geri ödəyəcək.

“Qadis Media”nın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Miçiqan ştatına gedərkən təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

“Venesuela məsələsində müharibə dəfələrlə özünü doğrultdu, eyni şey İranla bağlı da baş verəcək”, – deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, ABŞ Venesueladan “milyardlarla dollar” əldə edir.

ABŞ Prezidenti həmçinin hesab edir ki, Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var. “Onlar görüşmək istədilər, buna görə də biz görüşürük. Görək nə baş verəcək, razılaşma əldə edə biləcəyimiz ehtimalı var”, – deyə o qeyd edib.

Daha əvvəl, iyul ayında ABŞ-ın müharibə naziri Pit Heqset bəyan etmişdi ki, Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyat keçirməsi üçün çəkdiyi xərclər təxminən 37,5 milyard dollar təşkil edir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər