Shopping cart

  • Home
  • İdman
  • Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər
İdman

Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər

Email 10

Fransa millisinin keçmiş kapitanı Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər.

“Qasid Media”nın “Foot Mercato”ya istinadən məlumatına görə, 49 yaşlı fransalı mütəxəssis DÇ-2026-dan sonra istefaya göndərilən Pap Tyavı əvəz edəcək.

Tərəflər arasında danışıqlarda ciddi irəliləyişin olduğu və P.Vieyranın yaxın vaxtlarda Seneqal millisinə rəhbərlik edəcəyi bildirilir. Onun son iş yeri “Cenoa” olub. O, İtaliya klubunu 2025-ci ilin noyabrında tərk edib.

Mütəxəssis həmçinin “Strasburq”, “Kristal Pelas”, “Nyu-York Siti”, “Nitsa” və “Mançester Siti”nin gənclər komandasını çalışdırıb.

Xatırladaq ki, Seneqal millisi Pap Tyavın rəhbərliyi altında DÇ-2026-nın 1/16 finalında əlavə vaxtda Belçikaya 2:3 hesabı ilə uduzub.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər