Email 10
Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda dərəyə aşan avtomobildəki 3 sərnişin həlak olub, sürücü yaralanıb.
“Qasid Media” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“İhsan Kesikin idarə etdiyi avtomobil Siverek-Diyarbəkir avtomobil yolunun 25-ci kilometrliyində idarəetmədən çıxaraq dərəyə aşıb”, – məlumatda bildirilib və əlavə edilib ki, bölgəyə tibb, yanğınsöndürmə, polis və jandarm qrupları göndərilib.
Yaralanan sürücü tibb işçiləri tərəfindən Siverek Dövlət Xəstəxanasına, meyitlər isə morqa aparılıb.









