Shopping cart

  • Home
  • ABŞ
  • Tramp İrana qarşı daha genişmiqyaslı əməliyyat ehtimalını istisna etməyib
ABŞ

Tramp İrana qarşı daha genişmiqyaslı əməliyyat ehtimalını istisna etməyib

Email 12

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların bərpa edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib və “Epik qəzəb” əməliyyatındakından daha genişmiqyaslı zərbələrin endiriləcəyini istisna etməyib.

“Qasid Media” xəbər verir ki, bu barədə ABŞ lideri “Axios” nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, hələlik yekun qərar qəbul etməyib.

“Mən genişmiqyaslı əməliyyat imkanını nəzərdən keçirirəm və qərar verməyə yaxınam. Biz hamımız buna hazırıq. Əgər mən İsraildən bunu xahiş etsəm, iki dəqiqəyə qoşulacaq “, – D.Tramp bildirib.

O həmçinin qeyd edib ki, iranlılar “danışıqlar aparmaq istəyirlər”, lakin hələlik razılaşmaya hazır deyillər.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər