Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 300 min ABŞ dolları dəyərində 78 ton balıq (dondurulmuş) idxal edib.
“Qasid Media” “Report”a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4dəfə, kəmiyyət olaraq 9 dəfə çoxdur.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 29 milyon ABŞ dolları dəyərində 8 min 661ton balıq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 25 % çox və 2% azdır.
Hesabat dövründə Gürcüstan Çilidən 6,2 milyon ABŞ dolları dəyərində 959 ton, İslandiyadan 3,2 milyon ABŞ dolları dəyərində 936 ton, Amerika Birləşmiş Ştatlarından 2,99 milyon ABŞ dolları dəyərində 1 min 89 ton, Norveçdən 2,35 milyon ABŞ dolları dəyərində 554 ton, Danimarkadan 1,43 milyon ABŞ dolları dəyərində 384 ton balıq alıb.










