Shopping cart

Gündəm

Qubada hamilə qadın xəstəxanada ölüb

Email 32

Quba Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. 2003-cü il təvəllüdlü, 5 aylıq hamilə qadına antibiotik vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Qasid Media” Oxu.Az-a istinadən xəbər veiri ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yayılan məlumata görə iyulun 15-i saat 01:00-da 2003-cü il təvəllüdlü qadın Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, pasiyentə seftriakson inyeksiyasına qarşı IV dərəcəli anafilaktik şok və ölü döl diaqnozları təyin edilib, ona zəruri tibbi yardım göstərilib.

“Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.

Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.

Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə reaksiya verməyib və iyulun 15-i saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”, – deyə açıqlamada bildirilib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər