Email 51
Küveyt öz ərazisində İranın hava hədəflərini zərəsizləşdirdiyini bildirib.
“Qasid Media” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Küveyt ordusunun bəyanatına istinadən məlumat yayıb.
“Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, bütün partlayışlar hava hücumundan müdafiə sistemlərinin düşmənin hava hədəflərini zərəsizləşdirməsi üzrə fəaliyyətinin nəticəsidir”, – ordunun bəyanatında bildirilib.
Təfərrüatlar açıqlanmır.










