Email 48
Polşa Ukraynaya ABŞ-nin “Patriot” zenit-raket kompleksləri üçün raketlər verib.
“Qasid Media” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Tsezari Tomçik bildirib.
“Polşa Ukraynaya Patriot sistemi üçün 3-9 raket verib, çünki NATO-nun baş katibi bunu xahiş edib”, – Tomçik bildirib.
Nazir müavini raketlərin dəqiq sayını qeyd etməyib, lakin onların Polşa ehtiyatlarının “cüzi hissəsini” təşkil etdiyini bildirib.










