Shopping cart

  • Home
  • İdman
  • Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub
Dünya

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Avropa çempionu olub

Email 28

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.Azərbaycan Güləş Federasiyasından (AGF) “Qasid Media”ya verilən məlumata görə, təmsilçimiz finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi olub.Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər