Email 31
Fransa Prezidenti Emmanuel Makron Marselə səfər edəcək.
“Qasid Media” xəbər verir ki, bu barədə Fransa mediası Yelisey sarayının mətbuat xidmətinin məlumatına istinadən xəbər yayıb.
Bildirilib ki, E.Makron Marselin meri Benua Payanla görüş keçirəcək.
“Dövlət başçısı oktyabrın 17-də iğtişaşlar nəticəsində zərər çəkmiş Marsel meriyasına baş çəkəcək. O, həmçinin daxili təhlükəsizlik qüvvələrinə də təşəkkür edəcək”, – məlumatda qeyd olunub.










