Shopping cart

  • Home
  • Dünya
  • Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər
Dünya

Portuqaliyada parlament binası qarşısında genişmiqyaslı mitinq keçirilə bilər

Email 51

Portuqaliyada mənzillərin bahalaşmasına qarşı etirazlar ikinci həftədir ki, davam edir, nümayişçilər paytaxt Lissabonun əsas meydanlarından birində düşərgə salıblar.

“Qasid Media” xəbər verir ki, bu barədə Portuqaliyanın dövlət ictimai teleradio yayım şirkəti məlumat yayıb.

Oktyabrın 27-də parlament binası qarşısında genişmiqyaslı mitinqin, eləcə də noyabrın 11-də tətilin keçirilməsi mümkünlüyü barədə müzakirələr aparılır.

Əlçatan mənzil hərəkatı kirayə haqqının artırılmasını, dövlət mənzil fondunun genişləndirilməsini və hökumətin mənzil böhranının həlli üçün təcili tədbirlər görməsini tələb edir.

Etirazçılar düşərgəni dağıtmaq ehtimalını istisna etmirlər, lakin bu gün keçiriləcək parlament iclasının nəticələrini gözləyirlər.

Etirazçılar elan ediblər ki, nümayişlər ilin sonunadək davam edəcək.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər