Shopping cart

  • Home
  • Dünya
  • Ryazana kütləvi PUA hücumu səbəbindən neft emalı zavodunda yanğın baş verib
Dünya

Ryazana kütləvi PUA hücumu səbəbindən neft emalı zavodunda yanğın baş verib

Email 57

Rusiyanın Ryazan vilayətində kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu səbəbindən neft emalı zavodunun (NEZ) ərazisində yanğın baş verib.

“Qasid Media” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.

“Bu gün gecə və səhər saatlarında regionumuz kütləvi PUA hücumuna məruz qalıb. Neft emalı zavodunun ərazisində yanğın baş verib”, – o yazıb.

Qubernator bildirib ki, həmçinin başqa bir müəssisənin ərazisində anbar və avtomobillərə ziyan dəyib.

İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan qiymətləndirilir. O bildirib ki, hadisə yerində operativ xidmətlər işləyir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər