Shopping cart

Hadisə

Ceyranbatandakı yanğın söndürülüb

Email 79

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən “Ekopark” yaşayış kompleksində yanğın hadisəsi qeydə alınıb. Hadisə zamanı yanğınsöndürənlərdən biri tüstüdən zəhərlənib.

Qasid Media xəbər verir ki, yanğın kompleksdə yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğın söndürülüb.

Yanğınsöndürənlərdən biri tüstüdən zəhərlənib və ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, “Ekopark” yaşayış kompleksində bundan əvvəl də yanğın hadisəsi baş verib. Belə ki, 2026-cı il iyulun 28-də kompleksdə yerləşən doqquzmərtəbəli yaşayış binasının elektrik şaxtasında və sayğaclarda yanğın qeydə alınıb. 

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər