Shopping cart

  • Home
  • Hadisə
  • Lənkəranda evdən 75 min 500 manat oğurlanıb
Hadisə

Lənkəranda evdən 75 min 500 manat oğurlanıb

Email 15

Lənkəran rayonu ərazisində yerləşən evlərin birindən 500 manat və içərisində 75 min manat olan seyf oğurlanıb.

“Qasid Media” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıb.

Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər